"İntiharın profilaktikası"

Məktəbimizdə davamlı olaraq vacib problemlərdən biri olan intihar mövzusunda profilaktik görüşlər keçirilir.Məktəbin psixoloqu VIII sinif şagirdləri ilə "İntiharın profilaktikası" mövzusunda canlı olaraq psixoprofilaktik görüş keçirdi.Məqsəd görüş əsnasında şagirdlərə slayd nümayiş etdirilərək intiharın baş vermə səbəbləri, onların aradan qaldırılması,sosial əhatəmizdə səmimi ünsiyyətin, dəstəyin vacibliyini aşılamaq,onları narahat edən sualları cavablandırmaq idi.