"Kiber təhlükəsizlik" mövzusunda onlayn vebinar

İlik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu IV, V, VI sinif şagirdləri ilə "Kiber təhlükəsizlik" mövzusunda onlayn vebinar keçirdi.Məqsəd yaşadığımız pandemiya dövründə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetdən səmərəli, düzgün istifadə qaydalarını şagirdlərlə araşdırmaq ,bəzən gənclərimizi hətta intihara qədər sürükləyən internetdə təhlükəsizlik şərtləri ilə bağlı vacib bilgilərin verilməsi idi.Şagirdlər müzakirələrdə böyük maraqla iştirak etdilər.