"Psixoprofilaktik vebinar"

İllik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu sinif rəhbərinin iştirakı ilə 11"A" sinif şagirdləri ilə onlayn psixoprofilaktik vebinar keçirdi. "Stresin idarə olunması " mövzusunda keçirilən vebinarın əsas məqsədi şagirdlərlə qarşıdan gələn buraxılış imtahanı ilə bağlı yaşadıqları həyəcanı, stresi, qorxunu idarə etməyin yollarını müzakirə etmək, hər zaman özünə inamın vacibliyini aşılamaq idi.Görüşdə şagirdləri düşündürən suallar cavablandırıldı, sonda sinif rəhbəri və psixoloq onlara bol şans, uğur və yüksək nəticələr arzu etdi.