"Aprel döyüşləri" nə həsr olunmuş online tədbir

Məktəbin 1"b", 4"a" və 4"b" siniflərinin iştirakı ilə "Aprel döyüşləri" nə həsr olunmuş online tədbir keçirildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər qəhrəman döyüşçülərin həyat yolunu əks etdirən çıxışlar etdilər. Vətənpərvər ruhda şeir və nəğmələr səsləndirdilər.