"Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş təqdimat-dərs"

Məktəbin 10"a" sinfində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş təqdimat-dərs keçildi. Dərsdə şagirdlər şairin həyat və yaradıcılığını əks etdirən təqdimatlar etdilər. Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbiyyatındakı yeri haqqında müzakirələr aparıldı. Şairin əsərlərinin qısa məzmununa və təhlilinə yer verildi.