"Kollektiv üzvlərinin Vətən müharibəsi iştirakçısını ziyarəti"

Məktəb kollektivi növbəti dəfə Vətən müharibəsi iştirakçısının evində oldu. Birinci Qarabağ savaşının iştirakçısı olan ata oğlunun da Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməsindən qürur duyduğunu bildirdi. Hacı Seyidxan Surab Mirzəməhəmməd oğlu döyüşdə aldığı yaraları sağaldıqdan sonra yenidən Vətənin keşiyində durmaq üçün hərbi xidmətə geri dönmüşdür. Onu və Azərbaycanın sərhədlərinin əmniyyətini təmin edən bütün vətən övladlarını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.
Şəhidlərimizə allahdan rəhmət diləyirik.