" Beynəlxalq Ana Dili Günü"

Məktəbin 2"a" sinfində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş təqdimat- dərs keçirildi. Dərsdə ana dilimizin zənginliyi və axıcılığı ilə bağlı fikirlər müzakirə olundu. Danışarkən nitq normalarına əməl etməyin və dilimizdəki sözlərdən yerində, düzgün istifadə etməyin zəruriliyi vurğulandı. Ana dilində ədəbiyyat nümunələri təqdim olundu.