"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında"

"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq məktəbin 4"a" sinfində nümunəvi dərs keçirildi. Dərsdə məktəbin məzunu, Vətən Müharibəsi iştirakçısı Namazov Hüseyn online olaraq iştirak etdi. O, şagirdlərlə öz döyüş yolu və möhtəşəm qələbə barədə təəssüratlarını bölüşdü. Şagirdlər vətənpərvər ruhlu çıxışları ilə Azərbaycan əsgərinə olan ehtiram və rəğbətlərini ifadə etdilər.