"Peyvənd niyə vacibdir"mövzusunda təqdimat-dərs

Məktəbin 4"b" sinfində "Peyvənd niyə vacibdir"mövzusunda təqdimat-dərs keçirildi.Dərsdə peyvəndin yaranma tarixi,yoluxucu xəstəliklər və günümüzdə aktual olan COVİD-19 virusu barədə ətraflı müzakirələr aparıldı.Videoçarxlar nümayiş etdirildi,şagirdlər peyvənd haqqında bilik və bacarıqlarını iş vərəqlərində təqdim olunmuş tapşırıqlar üzərində reallaşdırdılar.