"Onurğa sütunu və daxili orqanlar" mövzusunda təqdimat dərs

Məktəbin 4"a" sinfində Həyat bilgisi fənni üzrə "Onurğa sütunu və daxili orqanlar" mövzusunda təqdimat dərs keçirildi. Araşdırmalar təqdim olundu. Mövzuya dair maraqlı müzakirələr aparıldı. "Sağlam bədəndə sağlam ruh olar!" şüarı ilə şagirdlərə düzgün həyat tərzi aşılandı. Pis vərdişlərin sağlamlığa zərəri barədə fikirlər dərsin nəticə hissəsində öz əksini tapdı.