"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il"

Məktəbdə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasibəti ilə tədbir keçirildi. Tədbir dölət himni ilə başladı. Daha sonra "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nün elan olunması tarixinə nəzər salındı. Vətənpərvərlik ruhu aşılayan şeirlər, mahnılar ifa olundu. Sonra ibtidai sinif şagirdlərinin səhnələşdirdiyi "Qış nağılı" təqdim olundu. Şaxta baba və Qar qız azyaşlıların sevincinə səbəb oldu. Sonda məktəb rəhbərliyi çıxış edərək məktəbin müəllim və şagird kollektivini təbrik etdi.