"Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir"

Məktəbdə Ümummilli Lider, Ulu Öndər, Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salındı. Heydər Əliyevin qətiyyətli şəxsiyyət, uzaqgörən siyasətçi və ən nəhayət kövrək bir insanı özündə cəmləşdirən müdrikliyi vurğulandı. Heydər Əliyevin şagirdlərin ifasında səsləndirilən dəyərli kəlamları tədbir iştirakçılarını bir daha böyük şəxsiyyətin əziz xatirəsini yad etməyə köklədi. Ulu Öndərə həsr olunmuş şeir kompozisiyaları tədbirin ruhunu tamamladı.