"Ulu Öndər Heydər Əliyevin anım günü" ilə bağlı təqdimat dərs

Məktəbin 4"a" sinfində Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin anım gününə həsr olunmuş təqdimat- dərs keçirildi. Dərs şagird araşdırmaları və təqdimatları üzərində quruldu. Videoçarxlar, esselər və bədii kompozisiyalar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirməklə günün əhəmiyyətinə də xitab etdi. Sonda şagirdlər müəllimlərlə birgə Heydər Əliyevin büstü önünə tər qərənfillər düzərək öz ehtiramlarını ifadə etdilər.