"Kiçik Akademiya"nın növbəti konfransı keçirilib

Oktyabrın 20-də məktəbimizin akt zalında “Kiçik Akademiya”nın növbəti konfransı keçirilib. Konfransda məktəb rəhbərliyi, müəllimlər və öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri  iştirak ediblər. Əvvəlcə, məktəbin direktoru Nadirova Elminaz müəllim çıxış edərək, “Kiçik Akademiya”nın təşkili, fəaliyyəti, məqsəd və vəzifələri haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Təşkilatı işlər üzrə direktor müavini Nədirov Yasər müəllim isə öz çıxışında “Kiçik Akademiya” üzvlərinin hüquq və vəzifələrindən, struktur və fəaliyyət istiqamətlərindən bəhs edib. Sonda açıq səsvermə  yolu ilə “Kiçik Akademiya”nın tərkibi müəyyən edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi