"9 noyabr- Bayraq günü" qeyd olundu

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi.Həmin qərardan:
"Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin." Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi.
Bu gün məktəbimiz milli bayrağımızı şagirdlərə sevdirmək üçün silsilə tədbirlər qeyd etdi. 08.11.2019- cu il tarixdə məktəbdə "9 noyabr- Bayraq günü" münasıbəti ilə məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir 11 - ci sinifdə sinif təşkilat saatı keçirtdi. O milli bayrağımız haqqında şagirdlərlə diskussiya apardı.Şagirdlər bayrağımızın yaranma tarixindən, rənglərinin mənaları haqqında məlumatlar verdilər. Sonda tarix müəllimi onlara bayrağımızı hər zaman sevməyi,milli ruhda tərbiyə olunmalarını tövsiyə etdi.
Məktəbin bütün sinif şagirdləri 9 noyabr Bayraq günü ilə əlaqədar siniflərin divar qəzətlərini hazırladılar. Şagirdlər Bayraq günü münasibətilə öz rəsm sərgilərini nümayiş etdilər.