11-ci siniflərin "Son zəng" tədbiri keçirildi

Hər il olduğu kimi məktəbimizin məzunlarının son zəngi çalındı.14.06.2019-cu il tarixdə məktəbin 11-ci sinif şagirdlərinin son zəngi oldu.11-cilər musiqi sədaları altında zala daxil oldu və aparıcı tədbirə başladı.
Məzunlar hazırladıqları çıxışları tədbir iştirakçılarına təqdim etdilər,şeirlər və musiqi nömrələri ifa etdilər.Məktəbin direktoru və müavinləri 11-ciləri təbrik edib uğurlar arzuladı.
Tədbirin sonunda son zəng çalındı və beləcə 11-cilər məktəb və müəllimlərlə vidalaşdı.Onlar müəllimlərinə bu neçə illər ərzində üzərilərində əziyyət çəkdikləri üçün minnətdarlıqlarını bildirdilər.
Tədbirdə valideynlər də öz ürək sözlərilə çıxış edərək məktəbin direktor və müəllim heyətinə təşəkkür etdilər.