"İİV və QİÇS- lə mübarizəyə dair maarifləndirmə" mövzusunda "Dəyirmi masa" keçirildi

Mayın 30-da "İİV və QİÇS- lə mübarizəyə dair maarifləndirmə" mövzusunda X siniflərlə "Dəyirmi masa" keçirildi. Şagirdlərə "Dəyirmi masa"da İİV (insanda immunçatışmazlığı virusu) və yayılmış yoluxucu xəstəliklər barədə məlumat verildi

Tədbirdə İİV və QİÇS-in Səhiyyə Nazirliyinin diqqəti və nəzarətində olduğu bildirildi. 

Məktəbin biologiya müəllimmi qeyd etdi ki, Azərbaycan İİV- ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV- ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan infeksion narkotik istifadəçiləri arasında baş verir.

Tədbirdə qeyd edilidi ki, özümüzü daima bu xəstəliklərdən qorumalıyıq. Belə ki, əsasən gigiyena qaydalarına əməl etməliyik.

Sonda şagirdlərin maarifləndirilməsi üçün mövzu ilə bağlı bir necə video materiallar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi