Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası

Mayın 29-da məktəbin biologiya müəllimi Xəyalə Məmmədova VIII sinif şagirdləri ilə birgə "Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası" mövzusunda "Dəyirmi masa" təşkil etdi.
Xəyalə Məmmədova öz çıxışında qeyd etdi, şəkər xəstəliyinin son zamanlarda geniş yayılmasının səbəbi insanların normal qidalanmaması, idman edə bilməməsi və tez- tez əsəbləşməsidir.
"Dəyirmi masa"da şəkər xəstəliyi zamanı mədəaltı vəzinin insulin hormonunun ifrazının azlığı, bunun üçün vaxtında tədbirlərin görülməsinin vacibliyi vurğulandı.
Daha sonra tədbirdə şagirdlər bu mövzuda videofilm izlədilər.