ADR-in yaranmasının 101 illiyi münasibətilə "Dəyirmi masa" keçirtdi.

27.05.2019- cu il tarixdə məktəbin Uşaq Birliyi rəhbəri Quliyeva Günay 6 cı sinif şagirdləri ilə birgə ADR-in yaranmasının 101 illiyi münasibətilə "Dəyirmi masa" keçirtdi.
İlk növbədə Azərbaycan Dövlətinin Himni çalındı.Tədbirdə şagirdlər 1918- ci il may ayının 28- də Azərbaycanın müstəqilliyini bəyan edən istiqlal bəyannaməsi qəbul edildiyindən söz açdılar.
Məktəbin Uşaq birliyi rəhbəri şagirdlərin maarifləndiriməsi üçün AXC- nin ilk qurucuları haqqında şagirdlərə video materiallar göstərdi.Onlar filmlərə baxaraq 1918- ci ildə yeni qurulan AXC- nin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının son həddində çalışaraq şərəflə yerinə yetirilməsi haqqında öz aralarında diskussiya apardılar.
Məktəbin foyesində bütün siniflər ADR-in yaranmasının 101 illiyinə həsr olunan hazırladıqları divar qəzetlərini nümayiş etdilər.