"Beynəlxalq Muzeylər Günü" münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyinə gəzinti təşkil olundu

"Beynəlxalq Muzeylər Günü"münasibətilə 04.05.2019- cu il tarixdə məktəbin şagirdlərinin dünya görüşünü və intellektini artırmaq məqsədilə məktəbin direktor müavini Məmmədova Solmaz şagirdləri Azərbaycan Milli İncəsənət muzeyinə gəzinti və təsviri sənət üzrə təlimə apardı.Şagirdlər burada panno üzərində rəsm çəkdilər,kitab üçün əlfəcin,rəhil düzəltdilər.
Sonra onlar muzeyin eksponatlarına milli xalçalar,əsrlərdən qalmış qədim qabları seyr etdilər. Xalqımızın qədim zamanlarda xalçaçılıq,duluzçuluq,misgərlik sənəti ilə məşğuk olduqları və düzəltdikləri əl işlərinə baxdılar.
Görkəmli Azərbaycan xalq rəssamı Səttar Bəhlulzadənin əsərləri ilə tanış oldular.
Sonda şagirdlər düzəltdikləri əl işllərini özləri ilə xatirə olaraq götürdülər.