"Azərbaycan Dövlət rəmzlərinin yaranma tarixi,məna və mahiyyəti. Azərbaycan Dövlətinin bayrağı və digər rəmzlər" mövzusunda tədbir keçirildi

17.05.2019- cu il tarixdə məktəbin Uşaq Birliyi rəhbəri Quliyeva Günay "Azərbaycan Dövlət rəmzlərinin yaranma tarixi,məna və mahiyyəti. Azərbaycan Dövlətinin bayrağı və digər rəmzlər" mövzusunda tədbir keçirtdi.
Tədbirdə Azərbaycanın tarixini və öz dövlətçiliyini yaşadan, dövlət olması haqqında fikirlər söylənildi. Dövlətçiliyin rəmzlərindən olan bayrağımızın və diğər atributların konstitusiyaya əsasən təsdiq olunması və müdafiə olunması haqında söz açıldı.
Məktəbin Uşaq Birliyi rəhbəri Dövlət rəmzlərindən biri olan dövlət bayrağını həmişəyaşar, daimi etmək üçün Dövlət Bayrağı meydanının açılışından və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin , birinci vitse- prezidenti Mehriban xanımın şəxsən bu açılışda iştirak etmələrindən danışdı.
Şagirdlər videofilmər izlədilər çıxışlardan statlar gətirdilər. Dövlət rəmzlərinə hörmət etmək və qorumaq hər bir Azərbaycan vətəndaşının borcu olduğunu vurğuladılar.