"Xocalı faciəsi" nin 24 - cü ildönümü

26.02.2016-cı il tarixdə məktəbdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım günü keçirildi. Tədbiri məktəbin ibtidai sinif müəllimi Qafarova Çinarə və Uşaq Birliyi Rəhbəri Quliyeva Günay təşkil etmişdi. İlk növbədə məktəbin direktoru Atayeva Gülarə “Əsrin faciəsi” olan Xocalı Soyqırımına həsr olunmuş tədbiri açıq elan etdi. Azərbaycan Respublikasının bayrağı gətirildi və himn səsləndi. Tədbir boyunca bu dəhşəti əks etdirən video roliklər nümayiş olundu. Bu faciəyə, vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndi, mahnılar ifa olundu. Məktəbin şagirdləri tərəfindən səhnəciklər nümayiş olundu. Sonda söz yenə məktəbin direktoruna verildi bununla tədbir yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi