"Aprel döyüşləri-böyük zəfərin başlanğıcı" mövzusunda tədbir keçirildi

Bakı. 2 aprel. Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən iki il ötür. Üç gün davam edən bu döyüşlər Azərbaycan və bölgədə maraqları olan dövlətlər üçün çox ciddi mesajlar verdi.
Bu səbəbdən 03.04.2019- cu il tarixdə məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir 9.10- cu siniflərlə " Aprel döyüşləri" mövzusunda tədbir keçirtdi.Tədbir dövlət himnimizlə başladı.
Məktəbin hərbi rəhbəri Əzimov Zahid aprel döyüşləri haqqında danışaraq şagirdləri vətənpərvər ruhda tərbiyə olunmağı tövsiyə etdi. Sonra şagirdlər şəhidlər haqqında hazırladıqları mövzulardan,onların vətən uğrunda canlarıını fəda etməklərindən danışdılar.
Tədbirin sonunda şagirdlər tarix müəlliminin aprel şəhidləri haqqında hazırladığı videoçarxı izlədilər.