"Ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi,o cümlədən məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər" mövzusunda mühazirə

   Məktəbdə 29 mart 2019-cu il tarixdə təlim - tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd yuxarı sinif şagirdləri və bir neçə müəllimlər üçün "Ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi,o cümlədən məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər" mövzusunda mühazirə etdi.

   Vətəndaşların maddi rifahının yaxşılaşdırılması məqsədilə ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyevin apardığı siyasət barədə söhbət açıldı.Son vaxtlarda minimum əmək haqlarının,sosial müavinətlərin artması, məcburi köçkünlərin güzəştlərində edilən yeniliklər barədə geniş müzakirələr aparıldı.

    Eyni zamanda kənd təsərrüfatının,iqtisadiyyatının,sənayenin gün-gündən inkişafı əhalinin maddi rifahına müsbət təsir etməsi vurğulandı.Mühazirənin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi