"Azərbaycan beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi" mövzusunda dəyirmi masa

27.03.2019-cu il tarixində məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir 9a sinif şagirdləri ilə "Azərbaycan beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi" mövzusunda dəyirmi masa keçirdi. Müəllim əvvəlcə şagirdlərə möhtərəm prezidentimiz İlham Əliyevin apardığı xarici siyasətlə bağlı hazırlanmış təqdimatı nümayiş etdirdi.
Daha sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu,Avropa Şurasındakı mövqeyi haqqında danışdı.O Azərbaycanın cənab prezidentimiz İlham Əliyev sayəsində beynəlxalq aləmdə iqtisadi forumlara qatılması barədə məlumat verdi.
Şagirdlər tədbirin mövzusu ilə əlaqədar müzakirələrə qoşuldular və əldə etdikləri məlumatları təqdim etdilər.