Məktəbdə "Xocalı faciəsi" anıldı

26.02.2019-cu il tarixdə məktəbdə "Xocalı faciəsi" anıldı.Dərslər başlanmadan öncə şagirdlər məktəb həyətində sıraya düzülərkən bir dəqiqəlik sükutla Xocalı faciəsində qətlə yetirilənləri yad etdilər.
İlk dərslər Xocalı hadisələrinə həsr olundu, müəllimlər şagirdləri Xocalıda ermənilər tərəfindən törədilən vəhşiliklərdən danışdılar, şagirdləri bir daha məlumatlandirmaq üçün videofilmlər göstərdilər.
Məktəbin foyesində şagirdlər tərəfindən hazırlanmış Xocalıya həsr olunan divar qəzetləri, stendlər nümayiş olundu və yuxarı siniflərlə tədbir keçirildi.Tədbirdə məktəbin 11- ci sinif şagirdləri Xocalı faciələri haqqında məlumatlar oxudular,şeirlər söylədilər. Onlar 1992-ci il fevralın 25-indən 26-sına keçən gecə erməni silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdan danışdılar.
Tədbirin sonunda məktəbin direktoru çıxış edərək şagirdləri vətənpərvər ruhda tərbiyələnməyi, ermənilərin xalqımıza törətdiyi vəhşiliyi unutmamağı tapşırdı.