"Ana dilimiz milli mənəvi dəyərlərimizdir"

Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.
Bu səbəbdən məktəbdə 21.02.2019- cu il tarixdə "Ana dilimiz milli mənəvi dəyərlərimizdir" adlı şeir müsabiqəsi keçirildi. Müsabiqənin münsif heyəti məktəbin direktoru,direktor müavinləri,ədəbiyyat müəllimləri seçilmişdi.
Müsabiqədə şagirdlər görkəmli şairlərin şeirlərindən parçalar söylədilər.
Seçilən 17 şagird arasında 3 şagird növbəti final turunda iştirak edəcək.Finalda seçilən şagird şəhər turuna göndəriləcək.