"Valideynin məktəbdə bir günü" adlı tədbir keçiridi

     20.02.2019- cu il tarixdə məktəbdə "Valideyinin məktəbdə bir günü" adlı tədbir keçirildi.İlk əvvəl vaıideynləri məktəbin direktoru Atayeva Gülarə qarşıladı.Sonra məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Mehralıyev Məhəmməd əlaçı şagirdləri təşəkkürnamə ilə təltif etdi.         Gələn qonaqlar məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət açılan sərgi ilə tanış oldular. Sərgidə 3a sinif şagirdi Melisa və 5 a sinif şagirdi Sonanın rəsm işləri sərgilənirdi.Sərgiyə baxdıqdan sonra onlar açıq dərslərdə oturdular.

     Dərs dinləmədən sonra qonaqlar valideynlər üçün təşkil olunmuş tədbirdə iştirak etdilər.Tədbirdə onlar şagirdlərin şeirlərini,çıxışlarını və Ümummilli Lider Heydər Əliyev haqqında hazırladıqları slayda baxdılar.

     Tədbirin sonunda məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Solmaz təşkil etdiyi məktəb haqqında videofilmi nümayiş etdi. Filmdə müəllimlərin keçirdiyi açıq dərslər,muzeylərə ziyarət,şagirdlərin iştirak etdiyi bilik və idman yarışmalarında aldıqları diplomlar izlənildi.Valideynlər öz təşəkkürünü bildirib,minnətdarlıq hissi ilə məktəbi tərk etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi