Məktəbdə " Qanlı 20 yanvar" adlı tədbir keçirildi

     Məktəbdə " Qanlı 20 yanvar" adlı tədbir keçirildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Solmaz Qanlı yanvar şəhidlərini bir dəqiqəlik sükutla anılmasını qeyd etdi.

    Sonra tədbiri məktəbin 11- ci sinif şagirdləri öz çıxışları ilə başladı.Onlar 1990-ci ildə törədilən  20 yanvar hadisələri haqqənda mühazirə oxudular. Əsgər geyimləri ilə sanki hal -hazırda hərbi qulluğa hazır olduqlarını nümayiş etdirdilər. Daha sonra məktəbin 8- ci sinif şagirdləri Qanlı yanvar haqqında şeirlər söylədilər.

    Tədbirin sonunda məktəbin direktor və müavinləri çıxış etdilər,  onlar şagirdlərin vətənpərvər ruhda böyümələrini alqışladılar.

     Eyni zamanda məktəbdə " Qanlı 20 yanvar" adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə 1-11 ci sinif şagirdləri iştirak edirdi. Şagirdlər "Qanlı 20 yanvar" hadisələri haqqında divar qəzetləri, stendlər və rəsm əsərlərini nümayiş etdirdilər.Ən yaxşı rəsm əsərləri 1-ci,2-ci və 3-cü yerlərə layiq görüldü,qaliblər diplomlarla mükafatlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi