Görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbir keçirildi

Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Bu səbəbdən 07.01.2019- cu il tarixdə məktəbdə ədəbiyyat müəllimi Hüseynova Sevincin rəhbərlik etdiyi 9 -cu siniflər Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı tədbir keçirtdilər.Tədbirdə şagirdlər Müşfiqin yaradıcılığından və şeirlərindən parçalar səsləndirdilər.Onlar Mikayıl Müşfiqlə bağlı videofilmə baxdılar.
Tədbirin sonunda məktəbin direktor və müavinləri çıxış etdilər.Onlar Müşfiq yaradıcılığının pərəstişkarı olduqlarını söylədilər. Məktəbin direktoru şagirdlərə bildirdi ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir.