"31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü" tədbiri keçirildi

28.12.2018- ci il tarixdə məktəbdə "31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü" ilə bağlı tədbir keçirildi.
Tədbiri məktəbin 5 b sinif rəhbəri Hüseynova Vüsalə aparırdı.O şagirdləri qarşıdan gələn Yeni 2019- cu il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, Həmrəylilk gününün bütün dünyada yaşayan soydaşlarımızın həmrəy olmasının mühüm rol olduğunu vurğuladı.
Tədbirdə şagirdlər bayram münasibətilə müəllimləri təbrik edib,müxtəlif şeirlər və mahnılar səsləndirdilər. Tədbirin sonunda məktəbin direktor müavinləri şagirdləri bayram münasibətilə təbrik edib,minnətdarlıq bildirdilər.