Məktəbdə monitorinq keçirildi

26.12.2018- ci il tarixdə şagirdlərin təlim nəticələrinin təhlili və mövcud problemlərin müəyyənləşdirilməsi, eyni zamanda məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədi ilə BŞTİ tərəfindən buraxılış fənlər üzrə 2,4,6,8- ci siniflərdə monitorinq keçirildi.
Monitorinqin şəffaf keçirilməsi üçün məktəb rəhbərliyi şagirdləri və nəzarətçi müəllimləri təlimatlandırdı. Monitorinq Azərbaycan dili, riyaziyyat, xarici dili fənlərindən keçirildi. Bütün şagirdlərimizə uğurlar arzulayırıq.