"Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgidə

Məktəbin VIII-X sinif şagirdləri 21.12.2018-ci il tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanda ilk dəfə olaraq "Şirvanşahlar irsi dünya muzeylərində" adlı keçirilən sərgidə iştirak etdilər. Onlar sərgidə nümayiş olunan Türkiyənin Əsgəri muzeyinin kolleksiyalarında yer alan Şirvanşahlar dövrünə aid (XIV-XV əsrlər) zirehli geyimlər, dəbilqələr, unikal eksponatlara tamaşa etdilər.
Eyni zamanda Gürcüstan Milli muzeyinin fondunda saxlanılan XII-XIII əsrlərə aid maraqlı maddi mədəniyyət nümunələri nümayiş olunurdu. Məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir şagirdlərə qədim Şirvanşahlar dövrünə aid məlumatlar verdi. O qeyd etdi ki, şagirdlərin belə tarixi muzeyləri ziyarət etməsi onların biliyinin artırılmasında çox vacib əməllərdən biri kimi qiymətləndirmək olar.
Şağirdlər sərgidən çox məmnun qalmış və xatirə olaraq foto şəkillər çəkdirmişlər.