Milli Qəhrəman Mübariz İbrahimov
1988-ci il fevral ayının 7-də Biləsuvarın Əliabad kəndində dünyaya gələn Mübariz İbrahimov hər zaman zəhmətsevərliyi və vətənpərvərliyi ilə seçilib. 6 il əvvələ kimi onun ad günü öz ailəsində qeyd olunurdusa, bu gün bütün Mübarizsevərlər üçün əlamətdar günlərdən hesab olunur. Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanın Mübariz İbrahimovun doğum günü münasibəti ilə ölkənin müxtəlif bölgələrindən Mübarizsevərlər həm onun doğulub boya-başa çatdığı evi, həmdə Milli Qəhrəmanın məzarını ziyarət ediblər. Bakı şəhəri 324 №-li tam orta məktəbin müəllim və şagird kollektivi 07.02.2016-cı il tarixdə Milli Qəhrəman Mübariz İbrahimovun II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ediblər .Məktəbdə Milli Qəhrəmanın doğum gününə həsr olunmuş müxtəlif tədbirlər keçirilib.