Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu

12.12.2018-ci il tarixdə məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir VIII- X siniflərlə Ulu Öndər Heydət Əliyevin vəfatının 15 ilini qeyd etdilər.Tədbir Dövlət himnimizlə başladı və Ümummilli Lider bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Ulu Öndərin həyat və yaradıcılığından bəhs etdilər. Onlar Ümummilli Liderin elm,təhsil,mədəniyyət, sahələrinin inkişafina göstərdiyi əvəzolunmaz rolundan qeyd etdilər.
Sonra şagirdlər tədbirdə Ulu Öndərin keçirdiyi həyat yolu haqqında videoçarxı izlədilər. Videoçarxda Xarici dövlətlərin görkəmli şəxsiyyətləri,prezidenləri və siyasi xadimlərinin Ulu Öndər haqqında deyilən xoş sözlərini dinlədilər.
Tədbirin sonunda məktəbin direktor və müavinləri Heydər Əliyevin Azərbaycan Dövlətinin inkişaf etdirilməsindəki xidmətlərindən, xalq üçün gördüyü işlərdən danışdılar. Tədbir müəllimlər və şagirdlərin diskussiyası ilə yekunlaşdı.