"20 Yanvar"

“20 Yanvar” o qədər dərin bir yaradır ki, 26 il keçməsinə baxmayaraq hələ də qanayır. 19.01.2016-cı il tarixdə məktəbdə “20 Yanvar” faciəsinin 26-cı il dönümü qeyd olundu. Tədbiri məktəbin ibtidai sinif müəllimi Vəlicanova Əfsanə təşkil etmişdi. Tədbirin əvvəlində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. Əfsanə müəllimə bu qanlı faciə haqqındakı faktlar və bu faciədə şəhid olmuş günahsız insanlar haqqında danışdı. Həmin “Qanlı günü” əks etdirən video roliklər, şəkillər nümayiş olundu. Bu faciəyə həsr olunmuş şeirlər məktəbin şagirdləri tərəfindən səsləndirildi, mahnılar ifa olundu,səhnəciklər göstərildi.Tədbirin sonunda söz Atayeva Gülarəyə verildi, o “20 Yanvar” faciəsinin Azərbaycan tarixində silinməz iz buraxdığını qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi