Məktəbdə "Bayrağımız qürurumuzdur"adlı tədbir keşirildi

Məktəbdə 08.11.2018- ci il tarixdə Dövlət bayrağı günü tədbiri keçirildi.Tədbiri məktəbin 4a sinif rəhbəri Vəliyeva Cəmilə təşkil etmişdi.Dövlət himnimizlə başlayan tədbirdə şagirdlər maraqlı səhnəciklər göstərərək,bayrağımıza həsr olunmuş şeirlərlə çıxış etdilər. Onlar bayrağımızın yaranması və uğrunda can qoyan şəhidlərimiz barədə danışdılar.
Tədbirdə Dövlət bayrağı və şəhidlərdən videoçarxlar izlənildi, şəhid Mübariz İbrahimov və 20 yanvar şəhidləri anıldı.Aparıcı sözü məktəbin direktoru Atayeva Gülarəyə verdi. Gülarə müəllimə ən yaxşı çıxış edən şagirdləri diplomlarla təltif etdi.
Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Solmaz Bayraq gününə həsr olunmüş rəsm müsabiqəsində qalib gələn şagirdləri mükafatlandırdı.Eyni zamanda Bayraq gününə həsr olunmuş divar qəzetləri və stendlər də məktəbin foyesini bəzəmişdi.