"Dünya azərbaycanlılarının Həmrəylik Günü"

29.12.2015- ci il tarixdə “Dünya azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə məktəbdə tədbir keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Solmaz və ədəbiyyat müəllimi Hüseynova Sevinc təşkil etmişdi. Tədbirdə həmrəylik,vətənpərvərlik mövzusuna, həmçinin yeni ilə aid şeirlər və mahnılar səsləndirildi. Müxtəlif viktorinalar təşkil edilmişdi, qalib şagirdlərə hədiyyələr verildi. Tədbirdə yeni ilin əsas atributları sayılan şaxta baba və qar qızı da iştirak edirdi. İbtidai sinif şagirdləri üçün klonlar dəvət olunmuşdu. Şagirdlər şən musiqi sədaları altında rəqs etdilər. Tədbirin sonunda söz məktəbin direktoru Atayeva Gülarəyə verildi. O məktəbin şagird və müəllim kollektivini bayram münasibətilə təbrik etdi, yeni ildə məktəbin uğurlarının artmasını arzuladı bununlada tədbir yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi