"Bəxtiyar Vahabzadənin 90 illik yubileyi"
17.12.2015-ci il tarixdə məktəbdə Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin ədəbiyyat müəllimi Xalıqova Mehri təşkil etmişdi. Tədbirin aparıcısı X sinif şagirdi Xanmirzəyeva Lamiyə tədbir boyunca şairin həyat və yaradıcılığı haqqında məlumat verdi.Şairin həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş olundu. Şairin şeirləri , şeirlərinə bəstələnmiş mahnıları məktəbin şagirdləri tərəfindən səsləndirildi.Şairin jurnalistlə kiçik müsahibəsi X və XI sinif şagirdləri tərəfindən səhnələşdirilmişdi. Tədbirin təşkilatçısı Xalıqova Mehri şairin yaradıcılığında mühüm yeri tutan “Bir salama dəymədi” şeirini səsləndirdi.Tədbirin sonunda söz məktəbin direktoru Atayeva Gülarə müəliliməyə verildi.O bir ədəbiyyat müəllimi kimi ,şair Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında əvəzolunmaz yeri olduğunu bildirdi. Daha sonra tədbirdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi bununla da tədbir yekunlaşdı.