"Müstəqilliyimiz əbədidir" adlı açıq dərs keçirildi

Məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir "18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi günü" ilə bağlı 9 a sinfində açıq dərs keçirtmişdir. Dərsdə vətənpərvər şagirdlər aldıqları məlumatlar haqqında müzakirələrində qeyd etdilər ki,
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında " Azərbaycan dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Sonra məktəbin tarıx müəllimi Azərbaycanın müstəqilliyi haqqında video çarx göstərərək şağirdləri bir daha müstəqilliyimizi qanı bahasına əldə etməyimiz haqqında məlumatlandırdı və son sözü məktəbin direktoruna verdi.
Dərsin sonunda məktəbin direktor və müavinləri də çıxış edərək bildirdilər ki,müstəqilliyimizi qoruyub saxlamaq onu qazanmaqdan qat- qat çətindir.Onlar şagirdlərimizə vətənpərvər olmağı və vətəni daim sevməyi tövsiyə etdilər.