"Beynəlxalq Müəllimlər Günü" qeyd olundu

"Beynəlxalq Müəllimlər Günü" peşə bayramı kimi hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər öz sevimli müəllimlərini təbrik edirlər. Bu səbəbdən məktəbn ibtidai sinif müəllimi Amanlı Səbinə 05.10.2018-ci il tarixdə 4- cü siniflərlə birgə "Beynəlxalq Müəllimlər Günü" ilə bağlı tədbir keçirtdi
.Tədbir Azərbaycan Dövlət Himni ilə başladı.Tədbirin aparıcısı 4- cü siniflərin çıxışlarını təqdim etdi. Onlar öz müəllimlərini təbrik etmək üçün şeirlər,mahnılar və səhnəciklərlə çıxış etdilər. Çıxış zamanı üç rənçli Dövlət Bayrağımız şagirdlərin rəqslərində dalğalandı. Sonra şagirdlər məktəbin müəllimlərinə aid hazırladıqları video çarxı nümayiş etdirdilər. Video çarxda məktəbdə tədris edən müəllimlər haqqında qısa məlumatlar yer almışdı.Bu isə müəllimlərin çox böyük marağına səbəb oldu və onlar öz şagirdlərinə təşəkkürünü bildirdilər.
Tədbir məktəbin direktoru Atayeva Gülarənin müəllimlərə təbriki və şagirdlərə minnətdarlığı ilə bitdi. O şagidlərimizin səmimi çıxışlarını çox bəyənərək alqışladı.