Yeni tədris ilinin başlanğıcı "Bilik günü"

Yeni dərs ilinin başlanğıcı hər il olduğu kimi məktəbimizdə "15 sentyabr-Bilik günü" kimi qeyd olundu.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Məmmədova Solmaz Dövlət Himni ilə başladı.Tədbirin aparıcıları Bilik günü haqqında məlumat verib, sözü məktəbin direktoru Atayeva Gülarəyə verdilər. Gülarə müəllimə Bilik günü münasibətilə müəllimləri, şagirdləri, yeni məktəbə qatılan birinciləri və bu il ali məktəblərə qəbul olan, 11 ci sinfi bitirən məzunlarımızı təbrik edib, onlara müvəffəqiyyətlər arzu etdi. Söz 1-cilərə verildi,onlar bir neçə şeirlər və təbriklər söyləyərək müəllimləri məmnun etdilər.
Sonra məktəbin təlim-tərbiyə işləri ürə direktor müavini Mehralıyev Məhəmməd və bir neçə müəllimlər pedaqoji heyəti və şagidləri təbrik edib onlara yeni dərs ilində bol bol uğurlar arzuladılar.
Sonda söz valideynlərə verildi,tədbir valideynlərin müəllimlərə olan minnətdarlığı ilə bitdi və onlar birinci siniflərə gətirdikləri şagidrdləri müəllimlərə təhvil verdilər.