Məktəbdə 11-ci siniflərin "Son zəng"i çalındı

        14.06.2018-ci il tarixdə məktəbdə 11- cilərin "Son zəng"i keçirildi.Tədbiri 9 sinif şagirdləri açdı. Sonra 11- cilər mahnı və rəqslərlə çıxış edib,öz son sözlərini dedilər. Onlar zəhməti olan müəllimləri təbrik edib minnətdarlıq bildirdilər. Çıxış üçün söz direktor və müavinlərə verildi. Məktəbin direktoru Atayeva Gülarə məzunları son zəng münasibəti ilə təbrik edib gələcəkdə onlara ali məktəblərdə  tələbə adını qazanmağı arzuladı.

       Müəllimlər də öz növbəsində 11- ciləri təbrik edib,onlara ali məktəblərə qəbul olmaqda uğurlar arzuladılar. Məzunlar əziz müəllimlərinə minnətdarlıq hissi ilə tələbə adını qazanmağı söz verdilər. 

       Məktəbin simvolu olan açar növbəti 11- cilərə təhvil verildi və son zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi