"Bir millət iki dövlət" Azərbaycan-Türkiyə qardaşlıq cavabı

Məktəbin 4 a sinfi türk şagirdlərinə cavab olaraq göndərdiyi dostluq məktubları Türkiyə Dövlətinin İlk okul Bilge Sayakın 4c sinif şagirdlərinə çatmışdır. Şagirdlər məktub və hədiyyələri böyük sevinclə aldılar. Azərbaycan şagidrlərinin göndərdiyi hədiyyələr onları çox sevindirmişdi.Türk okulunun şagirdləri ilə bizim şagirdlərimiz artıq bir birləri ilə əlaqə saxlayaraq dostlaşmış və öz məktəblərinin maraqlı təəssüratlarını bölüşmüşlər.Onlar gələcəkdə bu məktublaşmanın davam etməsini arzuladılar.