Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd olundu

23.05.2018-ci il tarixdə məktəbdə Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd olundu.Tədbiri məktəbin tarix müəllimi Dünyamalıyeva Cəvahir açdı. Cəvahir müəllimənin təşkilatçılıq etdiyi tədbirdə I-IX siniflər cəlb olunmuşdu. Şagirdlər hazırladıqları mahnı,şeir və rəqsləri çox həvəslə nümayiş etdirdilər. Tədbir iştirakçıları Cümhuriyyətin yaranmasına səbəb olan bir çox şəxsiyyətlər haqda video materiallar izlədilər. Tədbirin sonunda məktəbin direktoru Atayeva Gülarə şagirdlərə minnətdarlıq bildirib onları AXC-nin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik etdi və şagirdlərlə birlikdə rəmz olaraq üzərində bayrağımız olan tortu kəsdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi