Məktəbdə Fövqəladə Hallar və Mülki Müdafiə günü ilə əlaqədar tədbir keçirildi

Məktəbdə 11.05.2018-ci il tarixdə Fövqəladə Hallar və Mülki Müdafiə günü ilə əlaqədar tədbir keçirildi. Məktəbin Təlim- tərbiyə işlər üzrə direktor müavini Fövqəladə Hallar və Mülki Müdafiə haqqında şagirdləri məlumatlandırdı.Onlar hazırladıqları rəsm və stendləri nümayiş etdirib, fövqəladə vəziyyətdə yanğına,uçqunlara qarşı müdafiə üçün video materialları izlədilər. Tədbirin sonunda məktəbin direktoru Atayeva Gülarə bir daha fövqəladə vəziyyətlər haqda çıxış etdi.