Məktəbdə Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Məktəbdə 10.05.2018-ci il tarixdə 8a sinfinin sinif rəhbəri Hüseynova Sevinc Ümummilli Lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirtdi. 8a sinfinin şagirdləri Ulu Öndərin həyat yolu haqqında məruzələr oxudular və videofilmə baxdılar. Məktəbin tədbir zalında hazırlanmış stendi izlədilər,topladıqları məlumatlar haqqənda müzakirə etdilər. Məktəbin direktor və müavinləri şagirdlərə minnətdarlıq bildirib tövsiyələrini verdilər.