"Bir millət iki dövlət" Azərbaycan-Türkiyə qardaşlığı

Ümummilli Liderimiz Heydər Əliyevin kəlamı olan "Bir millət iki dövlət" Azərbaycan-Türkiyə qardaşlığının bütövlüyü və bölünməzliyindən danışan,belə ki,məktəbimizin 4a sinfinin sinif rəhbəri Allahverdiyeva Afət və Türkiyənin İstanbul şəhəri Bilgə Soyak İlkokul, 4e sinfinin sinif rəhbəri Ruhengiz Kösenin təşəbbüsü ilə siniflər arasında məktublaşma olmuşdur. İlk məktublar qardaş Türkiyədən gəlmişdir. 4a sinfinin şagirdləri böyük sevinc və həyəcanla məktubları oxuyub,kiçik hədiyyələri alıblar. Növbəti məktublaşma bizim məktəbin şagirdləri tərəfindən olacaq.