Azərbaycanlıların 31 mart soyqırımı

      Məktəbin ibtidai sinif müəllimi Amanlı Səbinənin 30.03.2018 - ci il tarixində 3b sinfində "Azərbaycanlıların 31 mart soyqırımı" mövzusunda açıq dərsi oldu. İlk öncə dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Şagirdlər 31 mart soyqırımı haqqında geniş məlumat topladılar. Dərsin sonunda soyqırım haqqında videofilm izlədilər. Sonra isə söz məktəbin direktoru Gülarə Atayevaya verildi. Direktor 31 Mart Soyqırımı haqqında çıxış edərək,tariximizdə qanlı səhifə olan soyqırım günlərinə aid tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi