26 FEVRAL- -XOCALI
26.02.2015-ci ildə Xocalı faciəsi ilə bağlı məktəbdə tədbir keçirilmişdir. Tədbirdə məktəbin bütün şagird və müəllim kollektivi iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Tədbiri XI sinif şagirdləri Səfərova Aytac və Məhərrəmova Nərgiz açıq elan etdilər. ilk öncə Xocalı faciəsində törədilən vəhşiliklərdən, onun şəhid və qurbanlarından məlumat verdilər. Daha sonra ibtidai siniflər çıxış etdilər. IIIa sinif şagirdləri səhnəcik nümayiş etdirdilər. Bundan sonra aparıcılar Xocalı faciəsinin şahidlərinin dilindən deyilən sözlərlə tədbir iştirakçılarını məlumatlandırdılar. Eyni zamanda həmin faciənin iştirakçılarından olmuş Tofiq Hüseynov haqqında məlumat verdilər. VI-VIII siniflərin şagirdləri öz çıxışlarını nümayiş etdirdilər. Ardınca IX sinif şagirdi Hacıyeva Şəhla "Şəhidlər" mahnısını ifa etdi və IX sinif şagirdləri səhnəcik nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Gülarə Atayeva çıxış etdi. O, şagirdlərə vətənpərvər və milli ruhda olan şagirdlərə böyük tövsiyələr verdi.